Bu gün AFFA-nın inzibati binasında AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb.
QOL.az xəbər verir ki, tədbirdə AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov və AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə iştirak ediblər.
AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub.
Ümumilikdə 54 komandanın mübarizə aparacağı yarışda ilk oyunlar martın 8-9-da keçiriləcək. Mövsümə mayın sonlarında yekun vurulacaq.
Püşkün nəticəsinə uyğun olaraq, 1-ci turda keçiriləcək oyunların siyahısını təqdim edirik.
Paytaxt və Şimal zonası
A qrupu, I tur
ŞKGB – “Şirvanovka” FK
“Gənclər PFM – “Lokomotiv Baku”
“Ramana” FK – ATİDEL PFK
“Record Club” – “İnşaatçı” PİK
B qrupu, I tur
“Cəngi” FK – “City Baku” FK
“Xanlıq” – “Əmirli” FK
“Çinar Zəngilan” FK – “Dirçəliş” FK
C qrupu, I tur
“Mübariz” FA – “Xudat City” FA
“Bayıl Rovers” – “Qaradağ Şıxlar” FK
İCBFA – “Gənclik” İK
Mərkəz zonası
D qrupu, I tur
“Ümid” FK – “Marafon” İK
“Bahar” (Beyləqan) – “Avşar” FK
“Hacıqabul” – “Şirvan OİK”
E qrupu, I tur
“Araz” (İmişli) – “Sabirabad” FK
“Xankəndi” FK – “Lokomotiv İmişli”
“Şirvan” FK – Mil” FK
Cənub zonası
F qrupu, I tur
“Zəfər-44” – “Biləsuvar” FK
“Ərkivan” (Masallı) – “Salyan OİK”
“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK – “Neftçala” FK
Şimal-Qərb və Qərb zonası
G qrupu, I tur
“Balakən” FK – “Tərtər” FK
“Bərdə” FK – “Kürmük” (Qax)
“Ağstafa Gəncləri” – “Xocalı” PFK
H qrupu, I tur
“Goranboy OİK” – “Naftalan” FK
“Qax” FK – “VT Gəncə”
"Barselona" uduzdu
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var
"Liverpul" İtaliya klubunun müdafiəçisini hədəfə aldı
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Əfsanəvi futbolçunun oğluna "Ayaks"da vəzifə verildi
Emrelinin komandası əzmkar qələbə qazandı