"Komandamı təbrik edirəm. Çox vacib qələbə qazandıq. "Sumqayıt"a uğurlar arzulayıram. Sona qədər yaxşı mübarizə apardılar. Soyuq havada stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 25-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyundan (2:0) sonra mətbuat konfransında deyib.
O, hələ ki, fikirlərinin bu mövsümdə olduğunu bildirib: "Desəm ki, növbəti mövsümü düşünürəm, yalan olar. Hələ çempionat davam edir. Futbolçular çox istəkli çalışırlar. Hər biri əsas heyətə düşmək istəyir. Bəzən rotasiyalar edirik. Vacib olan qarşıdakı oyundur".
Q.Qurbanov rəhbərliyiniz altında oynamış futbolçuların baş məşqçi kimi ona rəqib olmasının xoş hisslər yaratdığını qeyd edib: "Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq və onlara qarşı oynamışıq. Hər birinə uğurlar arzulayıram. Onları görəndə keçmiş günlər yada düşür, hansısa epizodu yada salırıq. Bütün futbolçular məşqçi olmur. Hamısının uğuruna sevinirəm".
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə