"Milan"ın baş məşqçisi Serxio Konseysao A Seriyasının 27-ci turunda "Latsio"ya məğlubiyyətdən (1:2) sonra komandadan ayrılıb-ayrılmayacağı haqda sualları cavablandırıb.
QOL.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, o, istefa vermək niyyətində olmadığını deyib:
“Bu vəziyyətdən yeganə çıxış yolu təmsil etdiyimiz rənglər uğrunda mübarizə aparmaqdır. Başa düşmək lazımdır ki, belə çətin vəziyyətdə meydana çıxanda nəyisə idarə etmək çox çətindir. Biz bunun üzərində işləyirik. Komandada texniki cəhətdən güclü futbolçuların olduğuna inanıram.
Mən istefa verməyi düşünürəmmi? Məni maraqlandıran odur ki, matçdan sonra futbolçuların məyusluğunu görməyim. Daha çox işləməyə hazıram. Ona görə də mən istefa vermək fikrində deyiləm".
Qeyd edək ki, “Milan” hazırda İtaliya A seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşır.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi