"Neftçi”nin legioneri Yuri Matias Braziliya mətbuatına müsahibəsində ailəsindən uzaqda yaşamağın çətinliklərindən danışıb və övladı ilə bağlı həssas məqamlara toxunub.
QOL.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Globo” nəşrinə müsahibəsində deyib ki, ailəsi Braziliyanın Paraiba ştatında yaşayır. Matiasın iki övladı var. Onlardan biri - 5 yaşlı kiçik Mateusa autizm spektr pozuntusu (ASP) diaqnozu qoyulub və o, xüsusi qayğıya ehtiyacı olan bir uşaqdır.
“Globo” nəşri yazır ki, xarici klublarda futbol oynamaq bir çox braziliyalının arzusudur. Lakin ailədən uzaqda yaşamaq bu təcrübəni daha çətin edir. Xüsusilə Braziliyada artıq ailə sahibi olan idmançılar üçün. “Neftçi”nin müdafiəçisi Yuri Matias da onlardan biridir. Mateusun autizm spektr pozuntusu olması Matiasın ailəsindən ayrı qalmağını daha da ağırlaşdırır.

Yuri deyir ki, həyat yoldaşı və övladları ilə əlaqəni daim saxlayır, lakin bu vəziyyətin nə qədər çətin olduğunu da vurğulayır:
“Bu, çox çətindir. Adətən bunu izah edə bilmirəm. Çünki bu məsələ məni dərindən təsirləndirir və çox incidir. Kiçik oğlumun autizm olması isə ayrı bir mübarizədir. Onun inkişafı üçün müalicəsinə üstünlük verməliyəm”.
Demək olar ki, 10 ildir ailəsindən uzaqda olan Yuri xaricdəki karyerasının əvvəlində çətinliklər yaşasa da, oynadığı ölkələrin mədəniyyətinə uyğunlaşa bilib. O bildirir ki, ailəsindən uzaq olmaq meydandakı performansına təsir etmir, lakin birlikdə olduqları zaman övladlarının davranışında ciddi dəyişikliklər olur. Bunu futbolçunun həyat yoldaşı Mikele də təsdiqləyir:
“Uşaqların Yuriyə çox güclü bağlılığı var. O yaxınlıqda olmayanda, xüsusilə autizm diaqnozu qoyulmuş Mateusun davranışı daha da pisləşir. Birlikdə olanda isə onun davranışı inanılmaz dərəcədə dəyişir. Hər şey daha yüngül, daha az stresli olur. Mən həmişə deyirəm ki, Yuri onların dərmanıdır”.
Yurinin “Neftçi” ilə müqaviləsi bu ilin iyun ayında başa çatır. O, artıq istənilən klubla öncədən müqavilə imzalamaq hüququna malikdir. Futbolçu Braziliyadan təklif gələcəyi təqdirdə, ailəsi ilə birlikdə yaşaya biləcəyi üçün vətənə qayıtmağı düşündüyünü bildirib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov