"Yuventus" "Betis"də icarə əsasında çıxış edən "Mançester Yunayted"in futbolçusu Antoni ilə maraqlanır.
QOL.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Transferin reallaşması üçün İngiltərə klubu braziliyalı vinger üçün tələb etdiyi 50 milyon avro məbləğini endirməlidir. Turin təmsilçisi həmçinin oyunçuya onun qazandığı əməkhaqqından daha az məbləğ təklif edir. Mançester klubunda Antoni hazırda ilə 14 milyon avro qazanır.
Bildirilir ki, 25 yaşlı futbolçunun özü "Yuventus"a keçməyə müsbət yanaşır.
Qeyd edək ki, Antoni bu mövsüm ümumilikdə 21 matça çıxaraq 4 qol vurub və 2 qolun ötürməsini edib. O, "Betis"ə qış transfer pəncərəsində keçib. Oyunçunun İspaniya klubu ilə icarə müddəti mövsümün sonuna qədərdir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi