"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim icarə əsasında "Betis"də çıxış edən futbolçusu Antonidən danışıb.
QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Antoninin İspaniyada daha yaxşı çıxış etməsinin bir neçə səbəbləri ola bilər. Amma mən əminəm ki, bu, oyunun fiziki güc tərəfi və İngiltərə Premyer Liqasında oyunların daha intensiv olması ilə bağlıdır".
Qeyd edək ki, braziliyalı vinger "Betis"in heyətində çıxdığı 6 matçda 3 qol vurub və 2 qolun ötürməsini edib. Onun İspaniya klubunda icarə müddəti mövsümün sonuna qədərdir.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video