PSJ-nin idman müşaviri Luis Kampuş Səudiyyə Ərəbistanı Futbol Federasiyasından 200 milyon avroluq təklif alıb.
QOL.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Ötən həftə İsveçrədə Kampuş və Səudiyyə Ərəbistanı nümayəndələri arasında danışıqlar olub.
Funksionerə 10 il müddətinə müqavilə və illik 20 milyon avro maaş təklif olunub. Təklifə əsasən, Kampuş Səudiyyə Ərəbistanı millisinin 2034-cü il dünya çempionatında yarımfinala yüksəlmək üçün hazırlaşmasına kömək etməlidir.
Mütəxəssis Səudiyyə Ərəbistanı nümayəndələrinə 31 dekabr 2025-ci ilə qədər cavab verməlidir. O, hələ sənədi imzalamayıb və PSJ-də qalmağa üstünlük verir. Lakin Paris klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar maliyyə şərtlərinə görə çətinləşib.
Qeyd edək ki, "Arsenal" və "Çelsi" də Luisin ətrafı ilə əlaqə saxlayıb. PSJ isə artıq "Atletiko"nun keçmiş idman direktoru Andrea Berta ilə əlaqə saxlayıb.
Xatırladaq ki, DÇ-2034-ə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu