AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers bu gün hakimlərimizə seminar keçib.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Açılış mərasimində AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker tədbir iştirakçılarını salamlayıb. Daha sonra çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanda hakimliyin böyük ənənəyə malik məktəbinin olduğunu bildirib. S. Hacıyev bu il tanınmış hakim Tofiq Bəhramovun 100 illik yubileyinin olduğunu xatırladıb. O, əlavə edib ki, mərhum hakimin parlaq karyerası gənclərə nümunə olmalıdır.
Byorn Kuypers seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb. O, azərbaycanlı hakimlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.
2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunduqdan sonra bağlanış mərasimi baş tutub. AFFA rəsmiləri dəvəti qəbul edərək hakimlərimizə seminar keçmək üçün Bakıya gələn Byorn Kuypersə təşəkkürlərini bildiriblər.
Niderlandlı qonağa onun təvəllüdünü əks etdirən milli komandamızın 73 nömrəli forması hədiyyə olunub.
Tədbirdən sonra media nümayəndələri üçün brifinq təşkil edilib.
Qeyd edək ki, Byorn Kuypers, eyni zamanda UEFA Talant və Mentor Proqramının rəhbəri və hakim-inspektordur.








"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi