“Neftçi”nin futbolçusu Mustafa Sek legioner həyatı yaşayan seneqallı oyunçulardan ibarət həftənin rəmzi komandasına düşüb.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu Misli Premyer Liqasının 24-cü turunda "Sumqayıt"a qarşı oyundakı (1:0) performansı ilə bu siyahıda yer alıb.
"Wiwsport" portalı "ağ-qaralar"ın müdafiəçisi barədə yazıb: "Ötən yaydan Azərbaycanda çıxış edən Mustafa Sek Portuqaliyada 4 çətin ildən sonra yenidən futboldan tam həzz almağa başlayıb. 29 yaşlı müdafiəçi “Neftçi”nin heyətində bir sra yaxşı oyunlar keçirməyi bacarıb. Onlardan biri də ötən həftə “Sumqayıt”a qarşı görüş oldu. Müdafiənin sol cinahında çıxış edən Sek təkbətək mübarizələrdən etibarlı çıxa bilmişdi".
Qeyd edək ki, Musfata Sek 2024-cü il avqustundan "Neftçi”də çıxış edir. O, bu mövsüm "Neftçi"də 21 oyuna çıxıb və 2 qol ötürməsi edib.

Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi