AFFA açıqlama yayıb.
QOL.az xəbər verir ki, açıqlamada "Turan Tovuz”un bugünkü bəyanatına toxunulub.
Həmin bəyanatda bildirilmişdi:
"Bu gün Misli Premyer Liqasının 24-cü turu çərçivəsində, saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” - “Turan Tovuz” oyunu keçirilməldir. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş verib".
Buna cavab olaraq AFFA-dan bəyan edilib ki, ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların keçiriləcəyi stadionlarda müəyyən çətinliklər yaranıb.
Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadion qardan təmizlənib və oyuna hazır vəziyyətə gətirilib.
Həmçinin açıqlamada bildirilib:
“Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.
“Turan Tovuz” PFK-nın “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir”.
Qeyd edək ki, "Turan Tovuz" bugünkü matçda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev