Qvardiola gedir, o gəlir

Qvardiola gedir, o gəlir
XƏBƏR 22 Fevral 2025 / 10:19 6926
-  A +

"Mançester Siti" rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiola ilə yolları ayırmaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Klub komandanın cari mövsümkü nəticələrindən narazıdır. "Mançester Siti"nin Çempionlar Liqasının pley-offunda mübarzəni dayandırması isə rəhbərliyin səbr kasasını daşdırıb.

Müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Qvardiolanın yerinə ən uyğun variant "Bayer"in baş məşqçisi Xabi Alonso hesab olunur. "Şəhərlilər"in rəhbərliyi Alonsonun ortaya qoyduğu oyun tərzini bəyənir.

Xəbərdə o da bildirilir ki, ispaniyalının təyinatında maraqlı olan təkcə “Mançester Siti” deyil. "Real" a mütəxəssisi nəzərdən keçirir.

Xatırladaq ki, ötən il Xabi Alonso “Bayer”lə Bundesliqanı və Almaniya kubokunu qazanıb.


Son xəbərlər
21.02.25  19:53

2-ci oyunda da 0:4