Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 24-cü turunun bu gün "Neftçi" - "Sumqayıt" matçı ilə start götürməsi planlaşdırılır.
Bəs Bakı şəhərindəki qarlı hava şəraiti oyunun bu gün keçirilməsinə mane ola bilərmi? Hava şəraiti səbəbindən qarşılaşmanın təxirə salınması ehtimalı varmı?
QOL.az saytının bu sullarına Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov cavab verib. O bildirib ki, matçın keçiriləcəyi "Neftçi Arena"da klub və stadionda xidmət aparan şirkət tərəfindən təmizləmə işləri görülür və və bu saata oyunun təxirə salınması planlaşdırılmır:

"Qar yağması ehtimalını əvvəldən nəzərə almışıq. Bütün klublar qırmızı topla təmin olunublar. Eyni zamanda texnika hazır vəziyyətə gətirilib. Səhər saatlarından "Neftçi Arena"da işlərə başlanılıb. İlkin təmizləmə prosesi həyata keçirilib. Hal-hazırda da qar davam edir. Oyunun başlamasına 2 saat qalmış yenidən təmizləmə işləri görüləcək. Ümumilikdə vəziyyət nəzərə alınaraq "Neftçi Arena"da bütün tədbirlər həyata keçirilir. Plana uyğun davam edirik".
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçının bu gün saat 19:00-da start götürməsi planlaşdırılır.
Nur Zeynalova
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi