"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "AZ Alkmaar"la matçdan (2:2) sonra diqqətçəkən açıqlamalar verib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi Niderland klubu ilə ilk görüşdə 1:4 hesabı ilə uduzduğu üçün turnirdə mübarizəni dayandırıb.
O.Buruk isə uğursuzluğu heyətin zəngin olmaması ilə əlaqələndirib. O, transfer pəncərəsində bəzi futbolçuları komandada saxlaya bilmədiklərini deyib:
"Lemina kimi futbolçunu saxaya bilmədik. Frankovski, Eren Elmalı, Ahmet Kutucu... Bəzən işlər istədiyiniz kimi getmir. Məsələ budur ki, istədiyin futbolçunu kluba gətirmək həmişə alınmır. Verdiyin pul kifayət etmir. Transfer dövrü bizim işimizi çətinləşdirən amillərdən biri oldu. Futbolçu "Mən artıq sizinlə oynamaq istəmirəm" deyirsə, siz artıq onu saxlaya bilmirsiniz. Komandada saxlamaq istədiyimiz, amma qalmaq istəməyən futbolçular oldu. Adlarını çəkmək fikrim yoxdur. Bu da bizim üçün bir dərs olacaq".
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi