Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 4 cavab görüşü keçirilib.
Günün maraqla gözlənilən matçlarından biri "Santyaqo Bernabeu"da oynanılıb. İlk görüşdə 3:2 hesablı qələbə qazanan "Real" "Mançester Siti"ni doğma meydanında qəbul edib. Erkən final da adlandırılan qarşılaşmanın qalibi Madrid təmsilçisi olub - 3:1. Yekunda "Real" 1/8 finala adlayıb, "Mançester Siti" mübarizəni dayandırıb.
PSJ 1 həftə əvvəl 3:0 hesabı ilə məğlub etdiyi "Brest"ə 7 cavabsız qol vurub və adını 1/8 finala yazdırıb.
PSV - "Yuventus" matçının əsas vaxtında Niderland təmsilçisi 2:1 hesabı ilə üstün olub. İlk görüşdə Turin klubu eyni hesabla qalib gəldiyinə görə əlavə vaxt oynanılıb. PSV əlavə vaxtda daha 1 qol vuraraq "Yuventus"u məğlub edib.
Eyni zamanda Dortmund "Borussiya"sının da növbəti mərhələyə vəsiqə qazandığı dəqiqləşib.
Qeyd edək ki, bunadək "Feyenoord", "Bavariya", "Brügge" və "Benfika" 1/8 finala adlayıb.
1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya) - 0:0
(İlk oyun - 3:0)
00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya) - 3:1
Qollar: Perişiç, 53, Saibari, 74, Flaminqo, 98 - Vea, 63
(İlk oyun - 1:2)
00:00. PSJ (Fransa) - “Brest” (Fransa) - 7:0
Qollar: Barkola, 20, Kvaratsxeliya, 39, Vitinya, 59, Due, 64, Mendeş, 69, Ramos, 76, Mayulu, 86
(İlk oyun - 3:0)
00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: Mbappe, 4, 33, 61 - Qonzales, 90+2
(İlk oyun - 3:2)
18 fevral
"Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
(İlk oyun - 0:1)
"Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
(İlk oyun - 1:0)
"Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
(İlk oyun - 1:2)
"Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) - 1:1
(İlk oyun - 2:1)
"Bu oyunda Qurbanovun iştirakı yersiz idi" - Ramiz Məmmədov
"Yuventus"un yeni hücumçu hədəfi bilindi
"Şamaxı" onu da göndərdi
Çempionlar liqası matçına hansı qapıçı daha hazırlıqdır?
"Qəbələ"nin qələbəsindən - Video
"Güclü məşqçi ilə qarşılaşdıq" - Kaxaber Sxadadze
"Barselona"dan 100 milyon avroluq transfer həmləsi
Alleqrinin yeni klubu məlum olub
“Qəbələ” Premyer Liqada qaldı
Uğursuz mövsümdən sonra baş məşqçini göndərdilər
"Real"a keçsə, ən bahalı satış ola bilər
“Sabah” futbolçusu evləndi - Şəkillər
FİFA DÇ-2026 biletləri ilə bağlı azarkeşləri aldadıb?
"Qızıl top" tarixində ilk
Ulduz futbolçu DÇ-2026 öncəsi sıradan çıxdı
Abubakar da "Bursaspor"a keçir?
Pley-off matçının hakimləri açıqlandı
"Qəbələ" - "Mingəçevir": Heyətlər
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avrokuboklara düşə bilmədilər, baş məşqçi göndərildi
Azərbaycan boksçuları Batumidə 5 medal qazandılar