"Liverpul"un vingeri Mohamed Salah klubla mümkün müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
QOL.az xəbər verir ki, "El Nacional" məlumat yayıb.
Salah hələ də avrokuboklar uğrunda mübarizə apara biləcəyini hiss edir. Komandanın baş məşqçisi Arne Slotun ona göstərdiyi etimad misirli futbolçunu ayrılmaq qərarından daşınmağa vadar edib.
Səudiyyə Ərəbistanı klublarının Salahı yayda almaq üçün səylərini davam etdirdiyi bildirilir. Onlar 32 yaşlı forvarda ümumilikdə 200 milyon avro maaşla 3 illik müqavilə təklif etməyə hazırdırlar.
Salahın hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Bununla belə, "Liverpul" oyunçunu qalmağa razı salmaq üçün təkmilləşdirilmiş müqavilə hazırlayır.
Qeyd edək ki, Salah cari mövsüm 36 matçda 28 qol vurub, 19 məhsuldar ötürmə verib.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı