“Stadionda əla atmosfer var idi. Azarkeşlərimiz bizə çox gözəl dəstək oldular. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. Uduzduğumuz üçün çox məyusam”.
QOL.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Ryonosuke Ohori Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Yaponiyalı yarımmüdafiəçi öz çıxışından razı qalmadığını bildirib: “Baş məşqçi məni meydana oyunu dəyişmək üçün buraxdı. Vəzifəm o idi ki, mərkəzdə top saxlamalı və hücumların qurulmasında vasitəçi olmalıydım. Oyunumdan çox da razı qalmadım. Düşünürəm ki, verilən tapşırıqları daha yaxşı şəkildə yerinə yetirmək olardı”.
24 yaşlı futbolçu qeyd edib ki, artıq növbəti matçları düşünməlidirlər: “Qarabağ”a uduzduğumuz üçün məyusuq. Bu matçda azarkeşlərimizi sevindirməliydik. Amma alınmadı. Artıq qarşıdakı oyunları düşünməliyik. İnanıram ki, növbəti görüşlərdə daha yaxşı oynayacağıq. Həm çempionatda, həm də kubokda sona qədər mübarizə aparacağıq”.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"