Fevralın 11-də "Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubunun adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Braziliyanın "Primavera" komandasında çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
"Primavera" hazırda A2 liqasında mübarizə aparır və turnir cədvəlində 19 xalla 2-cidir.
Qeyd edək ki, 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da oynayan Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"