Deku Şensnının yeni müqaviləsindən danışdı

Deku Şensnının yeni müqaviləsindən danışdı
XƏBƏR 14 Fevral 2025 / 22:40 1640
-  A +

"Barselona"nın idman direktoru Deku futbolçu Voyçex Şensnının komandada gələcəyi haqda danışıb. 

QOL.az xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. O deyib: 

"Əgər Şensnı hər şeydən razı olsa, deməli o, nəzərə alınmalı olan oyunçudur. Çünki növbəti mövsümdə bizə çox şeyi verə bilər. Hələ ki onun planlarından xəbərim yoxdur. Hələ bu haqda danışmamışıq. Amma yaxın zamanda mütləq danışacağıq". 

Qeyd edək ki, Voyçex Şensnı "Barselona"ya ötən ilin oktyabrında qoşulub. O, bu müdəət ərzində 9 matça çıxıb və 4 görüşdə qapısını toxunulmaz saxlayıb. 


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner