"Barselona" ilə razılığa yaxındır

"Barselona" ilə razılığa yaxındır
XƏBƏR 13 Fevral 2025 / 21:08 3299
-  A +

"Barselona" Leverkuzen "Bayer"in futbolçusu Conatan Ta ilə danışıqlara davam edir.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 

Kataloniya klubu almaniyalı mərkəz müdafiəçisini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Danışıqların artıq son mərhələlərdə olması bildirilir. 29 yaşlı futbolçunun "Barselona"ya azad agent statusunda keçəcəyi gözlənilir. 

Qeyd edək ki, Conatan Ta bu mövsüm "Bayer"in heyətində 33 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi hazırkı mövsümün sonuna qədərdir. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner