Səudiyyə Ərəbistanın Böyük Britaniyadakı səfiri Xalid ibn Bandar Əl Səud 2034-ci ilin dünya çempionatı zamanı olacaq alkoqol qadağasından danışıb.
QOL.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. O deyib:
"Burada alkoqol heç yoxdur. Səudiyyə Ərəbistan quru ölkədir. Hazırda biz alkoqollu içkilərə icazə vermirik. Amma bilirsiniz, onsuz da əylənmək olar. İçkidə 100 faizlik ehtiyac yoxdur. Əgər ölkəni tərk etdikdən sonra içmək istədəsəniz - buyurun. Lakin bizdə hazırda alkoqol yoxdur. Hər kəsin öz mədəniyyəti var və biz insanları öz mədəniyyətimiz çərçivəsində qəbul etməyə hazırıq. Amma öz mədəniyyətimizi digərlərinə görə dəyişmək istəmirik. Siz alkoqolsuz yaşaya bilmirsiniz?"
Qeyd edək ki, DÇ-2034 Səudiyyə Ərəbistanda keçiriləcək. Daha öncə, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı alkoqollu içkilər xüsusən təyin olunmuş məkanlarda satılırdı.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi