Renat Dadaşovun komandasında yeni baş məşqçi

Renat Dadaşovun komandasında yeni baş məşqçi
XƏBƏR 12 Fevral 2025 / 09:18 1384
-  A +

Azərbaycan millisinin üzvü Renat Dadaşovun da çıxış etdiyi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

1-ci liqa təmsilçisi Mustafa Dalcı ilə razılaşıb. Mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən Kemal Özdeşi əvəzləyib.

Qeyd edək ki, "Ankaragücü" Dalcının cari mövsümdə çalışdırdığı 3-cü komandadır. O, 2024/25 mövsümündə daha əvvəl "Adana Demirspor" və "Sakaryaspor"a baş məşqçilik edib.


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner