"İnter"də itki

"İnter"də itki
XƏBƏR 11 Fevral 2025 / 09:58 966
-  A +

"İnter"in futbolçusu Markus Tyuram zədələnib.

QOL.az xəbər verir ki, o, İtaliya A seriyasının 24-cü turu çərçivəsində “Fiorentina” ilə matçın 28-ci dəqiqəsində sıradan çıxıb. 

27 yaşlı hücumçu oyuna davam edə bilməyib. O, Marko Arnautoviçlə əvəzlənib.

Tyuramın zədəsinin ciddi olduğu güman edilir. Onun son durmuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, bu mövsüm Markus Tyuram "İnter"in heyətində bütün yarışlarda 32 oyun keçirib, 14 qol vurub və 8 məhsuldar ötürmə verib.

Daha çox


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner