Budapeştin "Ferensvaroş" klubunun idman direktoru Tamaş Xaynal "Qarabağ"dan Julip Romaonu transfer etmələri və komandanı tərk edən Kadi Borgesin narazılıqlarına münasibət bildirib.
İki gün əvvəl "Qarabağ"la 4 illik müqavilə imzalayan Kadi bu transferlə bağlı klublararası danışıqlardan son anda xəbər tutduğunu, özünün "Ferensvaroş"u tərk etmək istəmədiyini deyib.
QOL.az xəbər verir ki, Tamaş Xaynal Macarıstanın 24.hu saytına açıqlamasında Kadinin Julio Romao ilə dəyişdirilməsi barədə danışarkən deyib:
"Bu sövdələşmə tərəflər üçün faydalı oldu. 6 nömrəli futbolçunun transferi qış pəncərəsində bizim üçün prioritet idi. Maiqinin Avroliqada "Viktoriya" ilə matç ərəfəsində zədələnməsindən sonra isə bu mövqeyə oyunçu almaq istəyimiz daha da artdı. Biz Julio Romaonun transferi üçün yarım il "Qarabağ"la danışıqlar apardıq. Onlar bizdən 5 milyon avro tələb edirdilər. Bu isə bizim üçün böyük məbləğ idi. Amma biz daim o futbolçunun oyununu izləyir və hər transfer pəncərəsində təklifimizi irəli sürürdük".

Kadinin narazıqları haqda danışan klub rəsmisi bildirib ki, ötən şənbə günü iki klub arasında daha bir söhbət zamanı futbolçuların dəyişdirilməsi variantı yaranıb: "Mən dərhal Kadini axtardım. "Qarabağ"la Kadi arasında danışıqların başlamasına razılıq verdik. Cəmi iki saat ərzində bizə məlumat verildi ki ("Qarabağ" tərəfdəb - red.), razılığa gəlinib. Guya komandadan məcburiyyətlə göndərilən oyunçu heç bir halda klubunu dəyişməklə bağlı 2 saata razılıq verməzdi".
O deyib ki "Qarabağ"ın Kadinin transferində motivasiyası futbolçunu yaxşı tanıması ilə bağlı olub: "Kadi "Qarabağ"da əvvəl oynamışdı. Klub onun oyununu bəyənirdi. Bu səbəbdən ona bir növ itirilmiş oğlanları kimi baxırdı. Hazırkı vəziyyətdə futbolçuların dəyişdirilməsi hər iki tərəf üçün faydalı həll yolu oldu. Bizim baxışımızdan vacib odur ki, Julionun 26 yaşı var".
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət