La Liqanın prezidenti Xavyer Tebas "Real"ın hakimliklə bağlı bəyanatına reaksiya verib.
QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. O deyib:
"Real" turnirə zərər vurmaq istəyir. Bu klub bir hekayə qurub. Yaxınlarda dərc olunan bəyanatla isə bunun həddini aşdılar. Onlar özlərini qurban kimi göstərirlər, lakin bu, reallığa uyğun deyil. Onlar istintaqda olan Neqreyra işini səhv analiz edirlər. Hakimlərə ödənişlərin edilməsi sübut olunmayıb. "Real" bildirir ki, hakimliyin qurbanıdır. Amma bu, böyüdülüb və yersizdir. Fikrimcə, məqsəd turnirə zərər verməkdir. Bəyanatın mətninə əsasən, turnir əvvəldən axıra qədər düzgün deyil. Onlar dəli olublar".
Qeyd edək ki, daha öncə "Real" öz saytında matçlarda onlara qarşı yaranan hakimlik səhvlərinin epizodlarını paylaşıb. Bu yaxınlarda isə Madrid təmsilçisi Kral İspaniya Futbol Federasiyasına göndərilən rəsmi bəyanatda hakimliklə bağlı şikayətini çatdırıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi