"Napoli"nin idman direktoru Covanni Manna Xviça Kvaratsxeliyanın komandadan ayrılaraq PSJ-yə keçiməsindən danışıb.
QOL.az xəbər verir ki, o, 23 yaşlı yarımmüdafiəçini "Napoli"də saxlamağa çalışdıqlarını, lakin bacarmadıqlarını deyib:
“Kvaratsxeliyaya bizim üçün etdiklərinə görə təşəkkür edirik. O, ötən ilin may ayından PSJ ilə danışıqlar aparırdı. Xviçanı komandada saxlamağa çalışdıq, amma bacarmadıq. Və bu təkcə bizim istəyimiz deyildi. Onun başqa klublarla danışıqlar aparması normaldır, transfer bazarının bir hissəsidir. İnsan getmək istəyəndə onu qalmağa inandırmaq çətindir. Siz cəhd edə bilərsiniz, amma qalmaq istəməyən oyunçunu niyə saxlayaq? Kim buradadırsa, o, istədiyi üçün qalır. Mən insanları məcbur etməyi sevmirəm".
Qeyd edək ki, ötən ay Kvaratsxeliya "Napoli"dən PSJ-yə keçib. Transfer məbləği təxminən 70 milyon avro təşkil edib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi