Luk Şou yenə zədələndi

Luk Şou yenə zədələndi
XƏBƏR 5 Fevral 2025 / 16:47 601
-  A +

"Mançester Yunayted"in futbolçusu Luk Şou yenidən zədələnib.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 29 yaşlı müdafiəçi təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Şou sonuncu dəfə ötən ilin dekabr ayının əvvəlində oynayıb. Sonra isə o, əzələ zədəsi səbəbindən meydandan çıxıb. Futbolçu cari mövsüm cəmi 3 matç keçirib.

Bu, həm də Lukun karyerasında 30-cu zədəsidir. O, müxtəlif zədələr səbəbindən artıq 300-ə yaxın matçı buraxıb.


Son xəbərlər