"Qarabağ"dan ayrılaraq "Ferensvaroş"a keçən Julio Romao Ağdam təmsilçisi ilə vidalaşıb.
QOL.az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın mətbuat xidmətinə açıqlamasında Azərbaycan xalqına və kluba təşəkkür edib:
"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəyəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!"
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao bu müddət ərzində 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Bu gün Macarıstan "Ferensvaroş"u Romaonu transfer etdiklərini açıqlayıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi