"Qalatasaray"ın futbolçusu Mauro İkardi "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun ironiyalı paylaşımlarına reaksiya verib.
QOL.az xəbər verir ki, Mourinyo daha əvvəl Türkiyə Superliqasının 21-ci turunda keçirilən "Qaziantep" - "Qalatasaray" matçından bir epizodu paylaşaraq görüşün hakimlərini tənqid etmişdi.
Həmin epizozdda cərimə meydançasının daxilində top "Qalatasaray"ın futbolçusu Devinson Sançezin qoluna toxunur. "Qaziantep" futbolçuları isə buna görə baş hakim Kadir Sağlamdan penalti tələb edirlər. Lakin referi İstanbul təmsilçisinin qapısına penalti təyin etmir. Matç "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşır.
Mourinyo bu epizodu paylaşaraq yazıb: "Ötən bazar günü keçirilən həndbol üzrə dünya çempionatında Portuqaliya mükəmməl bir şəkildə yarımfinala yüksəldi. Onları bu uğurları və gənclərə verdikləri motivasiyaya görə ilə təbrik edirəm".
Mauro İkardi isə portuqaliyalı mütəxəssisin paylaşımına səssiz qalmayıb. O, öz sosial şəbəkə hesablarında etdiyi ard-arda paylaşımlarla Mourinyoya cavab verib.
Əvvəlcə Mourinyo haqqında "Ağlayan adam" deyə bəhs edən argentinalı hücumçu daha sonra "Fənərbaxça"nın matçlarından bir epizodu paylaşaraq "Həndbol üzrə dünya kuboku" şərhini yazıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi