"Bunu əvvəllər də səsləndirmişdim: Legioner limiti ilə bağlı dünyanın heç bir yerində unikal resept, formul yoxdur ki, hər zaman işləsin. Fikirlər həmişə bölünür".
QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.
O, fevralın 2-də AFFA İcraiyyə Komitəsinin iclasında 2025/26 mövsümündən etibarən ölkə Premyer Liqasında legioner limitinin ləğv olunması haqda qəbul olunan qərardan danışıb. Qərara əsasən, növbəti mövsümdən çempionatda mübarizə aparan komandalar meydana eyni anda 11 əcnəbi futbolçu daxil edə biləcəklər. Lakin klubların iştirak ərizələrində maksimum 17 legioner yer ala bilər.
AFFA-nın qərarı futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
S.Hacıyev isə məsələ haqqında fikirlərini bölüşüb: "Bizim qonşu ölkələrimizdən də, uzaq ölkələrdən də misallar gətirmək olar. Həmin ölkələrin futbol federasiyaları tərəfindən tətbiq olunan müəyyən legioner limiti 1 il istifadədən sonra başqa sistemə dəyişdirilir. Hansısa ildə tam ləğv olunur, sonra başqa formula qayıdılır. İlk mesaj olaraq demək istəyirəm ki, bunun daim işləyən bir sistemi yoxdur".
O, yerli futbolçuların limitin ləğv olunması səbəbindən çətinlik çəkəcəyi fikirlərinə də münasibət bildirib: "Hazırda AFFA İcraiyyə Komitəsi tərəfindən verilən qərar ümumi olaraq legioner limitinin ləğvi deyil. Meydanda 11 nəfər legioner oynaması mümkündür, amma sifariş vərəqində 17 əcnəbi futbolçu ola bilər. Yəni, iştirak ərizəsindəki 23 futbolçudan 6-sı mütləq yerli oyunçu olmalıdır. Hazırda istənilən oyun vərəqini qaldırsaq, görəcəyik ki, hər matça normalda bir komanda 22-23 futbolçu sifariş edir. Yəni, yeri futbolçular sifariş vərəqində yer alacaqlar. Əlbəttə, əminik ki, legioner limitinin ləğvi Azərbaycan Premyer Liqasını gücləndirəcək. Klublar Avropada Azərbaycanı təmsil edərkən fayda görəcəklər. Yerli futbolçular isə gücləndirilmiş çempionatda oynayacaqlar. Rəqabət böyüyəcək. Bunun da futbolçunun inkişafı üçün daha əlverişli şərait yaradacağını gözləyirik".
S.Hacıyev deyib ki, legionerlə görə klubların AFFA-ya ödəyəcəyi rüsum bonus olaraq yerli futbolçuları oynadan klublara ödəniləcək. Bu zaman həmin futbolçuların meydanda olduğu müddət hesablanacaq və buna uyğun da klublara ödəniş ediləcək.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı