“Qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı başladıq, erkən qol vurduq. Sonra real şansımız oldu. Bundan sonra sanki komanda 10 dəqiqə dayandı, üstünlüyü rəqibə verdi. Beşinci oyunçunu meydana buraxdıq ki, nəticəni dəyişək, fasiləyə qədər alınmadı".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Avro-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "İkinci hissəyə yaxşı başladıq, rəqib foul limitini erkən doldurdu. Təəssüf ki, bizim əsas oyunçular tez yoruldular. Buna görə də beşin dördə oynadıq. Fərqlənmək istəyərkən, səhvə yol verdik və qapımızda qol gördük. Heç-heçə bizim üçün pis nəticədir.
Şans qalır, ancaq bizdən asılı olmayacaq. Yəni maksimum xal toplasaq belə, digər millilərin nəticəsini gözləməliyik.
Yunanıstan millisi 5 foul yığdıqdan sonrakı 10 dəqiqədə onları 6-cı foulu etməyə məcbur edə bilmədik. Həmin vaxt biz beşin dördə oynayırdıq. Belədə foul qazanmaq çətin olur. Gərək driblinq edəsən. Futzalçılarımız yorulduğuna görə, driblinq edə bilmədik”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”