Qvardioladan karyerasının antirekordu

Qvardioladan karyerasının antirekordu
XƏBƏR 3 Fevral 2025 / 11:49 718
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola karyerasının antirekorduna imza atıb.

QOL.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 24-cü turunda "Arsenal"la matçda qeydə alınıb. "Şəhərlilər" sözügedən görüşdə 1:5 hesabı ilə uduzublar. 

Nəticədə "Mançester Siti" cari mövsümdə 4 oyunda 4 və daha çox qol buraxmış olub.

Belə statistika Xosep Qvardiolanın karyerasında ilkdir. Daha əvvəl onun çalışdırdığı heç bir komanda belə nəticə göstərməyib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. O, daha əvvəl "Bavariya" və "Barselona"ya da rəhbərlik edib.


Son xəbərlər
02.02.25  16:27

"Real"da ciddi itki