“İlk növbədə "Olimpiakos"u 1/8 finala yüksəldikləri üçün təbrik edirəm. Ümumilikdə stadionda gözəl ab-hava hökm sürürdü. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi və mən meydanda bunu gördüm".
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”la səfər matçından sonra deyib.
Ağdam təmsilçisi Yunanıstan klubuna 0:3 hesabı ilə uduzub. "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu pillədə başa vurub. "Olimpiakos" isə 1/8 finala adlayıb.
Q.Qurbanov isə oyundan sonra təşkil olunan mətbuat konfransında bu məğlubiyyətdən danışıb:
"Təəssüf ki, səhvlər ucbatından qapımızda 3 qol gördük. Hər halda, Avropa Liqası bizim üçün başa çatdı. Bütün bu matçlar bizim üçün böyük təcrübə oldu. Keçirdiyimiz oyunlar gələcəkdə öz faydasını verəcək. Avropada futbol köklü şəkildə dəyişir. Mən həmişə futbolçularıma yaxınam. Bütün bu illər ərzində biz çoxlu belə matçlardan keçmişik. Həm uğurumuz, həm də uğursuzluğumuz olub”.
Q.Qurbanov "1 il əvvəl "Qarabağ" Avropa Liqasının 1/4 finalının 1 addımlığında idi. Cari mövsüm isə ən çox qol buraxan komanda kimi əsas mərhələdə sonuncu yerdə qərarlaşıb. Bu mövsümlə ötən mövsüm arasında nə fərq var?" sualını belə cavablandırıb:
"Mən dəfələrlə demişəm ki, hər il uğur qazanmalıyıq deyə bir qayda yoxdur. Pis mövsümlər də olur. Bəli, çox şey əldən verdik. Bu o deməkdir ki, müdafiədə zəif oynadıq və bunu qəbul etmək lazımdır. Amma çox yaxşı komandalara qarşı matçlar keçirdik. Bəli, ötən mövsüm biz daha yaxşı nəticə əldə etmişdik. Lakin bu mövsüm qarşımıza qoyduğumuz məqsədə çata bilmədik. Bəzən rəqibin səndən üstün olur. Bu gün birinci hissədə hər şey yaxşı idi. Amma belə matçlarda təzyiqi sona qədər saxlamaq vacibdir. Bəli, problemlərimiz var və biz onları aradan qaldırmağa çalışırıq. Digər tərəfdən, bir il ərzində komandanı eyni səviyyədə saxlamaq çox çətindir. Çünki futbol komanda oyunudur. İstənilən halda, bu mövsüm bizim üçün böyük təcrübə oldu. Oyunumuzu daha yaxşı təhlil edib səhvlərimizi görməyə vaxtımız olacaq".
Bu qış "Qarabağ"ın Juninyonun "Flamenqo"ya transferindən 5 milyon avro qazandığı iddia edilir. Q.Qurbanov əldə edilən gəlirlə klubun yeni futbolçular alıb-almayacağı haqqında da danışıb:
"Bu böyük bir mövzudur. Suala cavab vermək üçün lazım olan təfərrüatlara varsam, çox vaxt aparacaq. Juninyo komandamızda olarkən Liqa mərhələsinin 6 matçından 5-də uduzmuşduq. Nəticələr göstərir ki, oyunumuz kifayət qədər zəifdir. Lakin bəzi matçlarda çox yaxşı görünürdük. 5 milyondan danışsaq, bu, vəziyyəti yaxşılaşdırmayacaq. Liqa məhələsinin 36 iştirakçısının büdcəsini sıralasaq, biz sondan 3-cü və ya 2-ci olacağıq. Büdcəsi yüz milyonlarla hesablanan komandalara qarşı oynadıq. Onların futbol təfəkkürü nəzərə alınaraq, bir-iki milyona futbolçu almaqla işimizin düzələcəyini söyləmək düzgün olmaz. Bu və ya digər futbolçunun bizə gəlmək istəyəcəyi məlum deyil. Yenə də bunu ətraflı müzakirə etmək lazımdır. Biz heç vaxt futbolçuları 5 milyona satmamışıq. yüksək keyfiyyətli komanda formalaşdıraraq işimizi çox gözəl idarə etmişik. İndi "Qarabağ" yüksək keyfiyyətdədir, sadəcə olaraq, bu Avropa mövsümü uğursuz oldu. Komandanın gücləndirilməsinə gəlincə, biz bütün il bu barədə düşünürdük. Təəssüf ki, bəzi çətinliklərimiz oldu. Amma hələ vaxtımız var və inanıram ki, bunun ən az 50 faizini reallaşdıra biləcəyik".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı