Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub.
QOL.az xəbər verir ki, qəza nəticəsində həlak olanların əksəriyyəti idmançıdır. Onlar fiqurlu konkisürmə üzrə ABŞ çempionatının keçirildiyi Uiçito şəhərindən gəlirlərmiş.
İlkin siyahıya əsasənr Endryu Toqaşev, Maksim Naumov, Alisa Yefimova, Mişa Mitrofanov, Keti Makbet, Daniil Parkman, Kristina Kerreyra, Entoni Pononarenko, Aleksey Şepetov, Annabel Morozov, Artyom Markelov, Anton Spiridonov və Danila Savelyev qəzada həyatını itirib.
Bu idmançıların əksəriyyəti rusiyalı mühacirlərin övladlarıdır. Təyyarədə olanlar arasında 1994-cü ildə fiqurlu konkisürmə üzrə dünya çempionları, Rusiya milli komandasının üzvləri Yevgeniya Şişkova və Vadim Naumov da olublar. Onların taleyi barədə hələ ki, məlumat yoxdur.

“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi