Dortmund "Borussiya"sı Niko Kovaçın baş məşqçi təyinatını rəsmiləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Onun bazar günü "Heidenhaym"la Bundesliqa oyunundan sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacağı bildirilib.
Niko Kovaçın əvvəlki iş yeri "Volfsburq" olub.
Qeyd edək ki, "Borussiya" hazırda Almaniya Bundesliqasında 2024/2025 mövsümündə 11-ci yerdədir. Komanda 19 matçda 26 xal toplayıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə