UEFA İsrail komandalarının neytral meydanlarda oyunlarını keçirməkləri ilə bağlı qərarını dəyişməyib.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.
Daha öncə mətbuatda İsrail Futbol Assosiasiyasının UEFA ilə qeyri-rəsmi danışıqların aparması ilə bağlı xəbərlər yayılmışdı. Danışıqlar İsrail millisinin 2026-cı ildə başlayacaq dünya çempionatının seçmə mərhələsində ev oyunlarını öz ölkələrində keçirmək istəyi ilə bağlı idi. Lakin UEFA İsrail yığması və klublarının ev matçlarını neytral ölkələrdə keçirilməsi ilə bağlı qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, İsrail - Fələstin münaqişəsinə görə bu ölkələrin komandaları ev oyunlarını fərqli ölkələrdə keçirirlər.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə