"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim futbolçusu Markus Reşfordla danışmır.
QOL.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Son dəfə ingiltərəli hücumçu meydana 12 dekabrda çıxıb. Ondan sonra isə o, heç bir oyunda iştirak etməyib. Daha öncə mətbuatda 27 yaşlı futbolçunun "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, Markus Reşford bu mövsüm "Mançester Yunayted"in heyətində 24 matça çıxaraq 7 qol vurub və 3 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə