“Həqiqətən də dünən Suraxanı stadioununda xoşagəlməz hadisələr yaşandı. Bu cür hadisə bizə də xoş gəlmir. Ona görə də indi araşdırırıq ki, görək həmin azarkeş kimdir və bu hərəkəti nə üçün edib”. Qol.Az-in müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə «Qarabağ»la oyundan sonra yaşanan hadisələrə münasibət bildərərkən deyib. “Neftçi” rəsmisi oyunundan sonra azarkeşlərin komandanın baş məşqçisi Hans Yürgen Gedeyə qaşı fiziki təzyiq göstərmələrinə görə “Qarabağ” klubunu günahlandırmayıb: “Bu işdə “Qarabağ” rəsmiləri günahkar deyillər. Düzdür, onlar meydan sahibi olaraq, təhlükəsizliyi təmin etməlidirlər. Lakin bu cür hadisənin yaşanacağını heç kim gözləmirdi. Bir daha qeyd edirəm ki, araşdırmalarımız davam edir”.
İ.Quluzadə son günlər mətbuatda Gedenin istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Hazırda bu məsələ gündəmimizdə deyil. Gede ilə də tez-tez danışırıq, fikir mübadiləsi aparırıq. Çalışırıq ki, tez bir zamanda “Neftçi”ni bu vəziyyətdən çıxaraq”.
“Neftçi” kubokda “Qarabağ” səddini aşa bilməsə, Gede yenə də vəzifəsində qalacaq» Klub rəsmisinin bu suala cavabı aşağıdakı kimi olub: “Bu barədə hələ danışmaq tezdir. Hələ, oyun olsun, sonra fikirləşərik”.
İ.Quluzadənin fikrincə, ilk oyundakı məğlubiyyətə baxmayaraq, “Neftçi” “Qarabağ”ı mübarizədən kənarlaşdıracaq: “Futbolçularının səviyyəsinə görə “Neftçi” Azərbaycanda hamıdan güclüdür. Komandamızın heyətində çıxış edən futbolçuların əksəriyyəti milli komandada oynayır. Legionerlərimiz də səviyyələri ilə seçilirlər. Buna görə də “Neftçi”nin rəqibini mübarizədən kənarlaşdıracağına inanıram”.
«Əgər «Neftçi»nin futbolçuları hamıdan güclüdüsə, komanda niyə uğur qazana bilmir». Bu suala İ.Quluzadə belə cavab verib: «Mən bu barədə heç nə deyə bilmərəm. Bu suala baş məşqçi cavab verməlidir. Çünki heyəti o müəyyənləşdirir. Mən təşkilati işlərlə məşğulam. Heyətə, nəticəyə isə baş məşqçi cavabdehdir”.
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı
İspaniya millisinin DÇ-2026 üçün heyəti
Coy Lens Mikels mükafatlandırıldı
"Araz-Naxçıvan"dan Tərlan Əhmədli qərarı
Bombardir "Şamaxı"dan getdi
"Arsenal" Premyer Liqa rekorduna imza atdı
Bombardir və mövsümün ən yaxşı hücumçusu oldu
Sergey Yuranın yeni klubu
Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
Azərbaycan millisində baş məşqçi ayrılığı
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
Tanınmış qapıçı karyerasını başa vurdu
“Neftçi”də qalmağı çox istəyirəm" - Elvin Camalov
Azərbaycan U-20 millisinin heyəti açıqlandı
Nəriman yenə oynamadı
Keyn "Qızıl buts" qazandı
53 il sonra avrokuboklarda
"Deportivo" La Liqaya qayıtdı
"Arsenal" mövsümü qələbə ilə başa vurdu - Video
PSJ-nin 2 futbolçusu arasında gərginlik yaşanır - Video
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər