Azərbaycanın yeniyetmələrdən ibarət basketbol millilərinin Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olub.
QOL.az xəbər verir ki, oğlanlardan ibarət U-18 yığması B Divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək. Qarşılaşmlar 25 iyul - 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.
Qızlardan ibarət U-18 B Divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində gerçəkləşəcək.
Oğlanlardan ibarət U-16 C Divizionunun B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq komandaları ilə, eyni yaş qrupunda qızlar B Divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək.
Oyunlar müvafiq olaraq iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada və avqustun 20-29-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç