"Mançester Yunayted"in futbolçusu Kazemiro "Roma"ya keçməyə hazırdır.
QOL.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" nəşri məlumat yayıb.
İngiltərə klubu 32 yaşlı yarımmüdafiəçini İtaliya təmsilçisinə icarəyə verə bilər. İcarə müddətinin mövsümün sonuna qədər olacağı gözlənilir. Mançester klubu braziliyalı futbolçunun tam transferinə də razıdır, lakin "Roma" ilə bununla bağlı danışıqlar aparılmayıb.
Qeyd edək ki, Kazemiro bu mövsüm "Mançester Yunayted"in heyətində 22 matça çıxaraq 3 qol vurub. Onun klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.
"Qələbəyə çox inanırdım" - Azər Bağırov
"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev
"Sumqayıt" 1/4 finala belə adladı - Video
Azərbaycan kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi
"Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm" - Saşa İliç
Messi Finalissimada oynayacaq, ya yox?
Emre Belözoğlu yenidən Superliqada
“Real”dan "Neqreyra işi" ilə bağlı ciddi addım
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qəbələdə vurulan qollar - Video
Sumqayıtda heyətlər açıqlandı
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər