"Mançester Yunayted" yeni futbolçu transfer etmək üzrədir.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızı şeytanlar" "Leççe"dən Patrik Dorqu ilə razılaşıb. 20 yaşlı sol cinah müdafiəçisinin keçidinin yaxın 48 saat ərzində açıqlanacağı gözlənilir.
Daha əvvəl məlum olub ki, "Leççe" danimarkalı futbolçunun transferi üçün ən azı 40 milyon avro istəyir.
Qeyd edək ki, Dorqu bütün turnirlərdə 22 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov