"Olimpiakos" futbolçuları Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"ı məğlub edəcəkləri halda böyük məbləğdə pulla mükafatlandırılacaqlar.
QOL.az xəbər verir ki. bu barədə sdna.gr məlumat yayıb.
"Olimpiakos"un prezidenti Evangelos Marinakis Yunanıstan çempionatının 20-ci turunda "Panatinaikos"la matçdan sonra futbolçularla görüşüb. O, 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandanın oyunundan razı qaldığını bildirib. Klub prezidenti bu heç-heçəni qələbəyə bərabər hesab etdiyini vurğulayıb və "Qarabağ"a qalib gələcəkləri təqdirdə onları böyük məbləğdə pulla mükafatlandıracağını deyib:
"Bugünkü oyuna görə hamınızı - futbolçuları, məşqçiləri təbrik edirəm. Təəssüf ki, matçın taleyini hakim qərarları həll etdi. Siz ehtirasla çıxış etdiniz. Oyun ərzində üstün tərəf biz idik. Siz meydanda 10 nəfər qalmışdınız, amma 12 və ya daha çox insanın ruhu ilə oynadınız. Çoxlu qol imkanları yaratdınız, "Olimpiakos"a layiq şəkildə çıxış etdiniz. Bilirsiniz ki, bu matç mənim və azarkeşlərimiz üçün çox şey deməkdir. Siz mənim üçün qalibsiniz. "Olimpiakos" belə oynamalıdır! "Qarabağ"a qalib gəlsəniz, premium mükafat alacaqsınız. Bütün gücünüzü ortaya qoyun, belə oynamağa davam edin. Əgər bu cür davam etsəniz, klubumuzun şanslı tarixinin 100 illiyində çempion olacağıq".
Qeyd edək ki, yanvarın 30-da Yunanıstanda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı