"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Turin təmsilçisi "Çelsi"dən Renato Veyqanı icarəyə götürüb.
21 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, İtaliya klubunda 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Veyqa 2024-cü ilin yayından "Çelsi"nin futbolçusudur. Bu müddət ərzində futbolçu bütün turnirlərdə 18 oyun keçirib, 2 qol vurub və 1 qolun ötürməsini verib.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov