Belçika millisinin, "İnter" və "Roma"nın keçmiş futbolçusu Raca Nainqqolan həbs edilib.
QOL.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Nainqqolan narkotik alverində şübhəli bilinib və Brüssel polisi tərəfindən həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı idmançını bu gün saxlayıblar.
Yarımmüdafiəçi yanvarın 22-də Belçika çempionatının ikinci divizionunda çıxış edən "Lokeren-Thamse" klubu ilə müqavilə imzalamışdı.
Bildirilir ki, Nainqqolanın həbsi Belçikada kokainin yayılması ilə bağlı mütəşəkkil cinayətlə bağlı aparılan istintaq zamanı baş verib. Hazırda dindirilmələr davam edir. Futbolçu beynəlxalq narkotik ticarətində iştirakda ittiham olunur. İddiaya görə, Raca Belçikadakı bir liman vasitəsilə Cənubi Amerikadan Avropaya kokainin qaçaqmalçılığına kömək edib.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək