Misli Premyer Liqasının 20-ci turu Emil Balayev üçün əlamətdar olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib. Onun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.
O, Premyer Liqada 4 komandada forma geyinib. Balayev “Neftçi”də 13 (13 top buraxıb), “Səbail”də 69 (101 top buraxıb), “Zirə”də 1 (1 top buraxıb), “Qarabağ”da 17 (11 top buraxıb) matç keçirib.
Qeyd edək ki, Emil ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdır.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə