Avropa çempionatının ilkin mərhələsində ilk oyununu keçirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Kosovonu məğlub edib.
QOL.az xəbər verir ki, 4:1 hesabı ilə yekunlaşan görüşdə dubl edən və əzmkar oyunu ilə seçilən millimizin üzvü Ədalət Ələkbərovun Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə üsahibə verib.
- Oyunla bağlı təəssüratlarını bölüşərdin...
- Çətin görüş oldu. Bura niyə gəldiyimizi bilirdik. Bakıda olanda da federasiya rəhbərliyi komanda ilə görüşündə mərhələ keçməyin vacibliyini qeyd etdi. Əlbəttə, biz də bu etimadı doğrultmalı idik.
- Sanki iki fərqli hissə oldu. Fasilədə baş məşqçi nələrə diqqət etməyi tapşırdı?
- San Marinoya dünən gəldik. Əlbəttə, bu qədər yol qət etmək, ardınca məşqə çıxmaq müəyyən qədər yorğunluq yaratmışdı. Məşqçilər əllərindən gələni etdilər ki, oyuna yaxşı köklənək. Birinci hissədə yorğunluğun bir qədər təsiri oldu. Ancaq fasilədə toparlana bildik. Deməzdim həyəcanlı idik. Düzdür, bu cür oyunda ilk dəfə iştirak edirdik. İkinci hissədə demək olar, onlara heç bir şans vermədik. Lazımlı, vacib qələbə qazandıq. İndi bunun davamını gətirməliyik. Hələ işin yarısını görmüşük. Daha vacib oyun San marino ilə matçdır.
- Bu U-19-un ilk qələbəsi kimi tarixə düşdü. Statistika necə, motivasiya baxımından təsir etdimi?
- Biz burada 12 futzalçı ola bilərik, amma 10 milyonluq Azərbaycan kimi qalib bir ölkəni təmsil edirik. Gözəl ölkəmizə ancaq qələbələr yaraşır. Bunu bacardığımıza görə çox şadıq. Ancaq rahatlaşmaq olmaz.
- Dubl etdin. Hər iki qoldan sonra xüsusi jestlə diqqət çəkdin. Bu qolları kimə ithaf etdin?
- Dünyasını dəyişən atamın adının baş hərfini – M (atasının adı Məzahirdir) - tutdum. Əvvəlcədən söz vermişdim, hətta ailəmə - anama, qardaşıma, bacıma bildirmişdim ki, qol vursam, bu jesti edəcəyəm. Çox şükürlər olsun ki, ilk növbədə qələbə qazandıq və mən də arzuma çatdım. Valideyinin əziyyətini heç bir övlad itirə, unuda bilməz.
- Növbəti rəqib meydan sahibi San Marinodur. Onların oyununu izləmisiniz. Bu rəqiblə bağlı nələri qeyd etmək istərdin?
- Bizim üçün dəyişən rəqibin adıdır, amma oyuna yanaşma, intizam yerində olacaq. Bu gün qələbə qazandıq. Artıq bunu unutmalıyıq. Çünki ikinci oyun da önəmlidir. Məqsədə çatmaq üçün meydanı qalib tərk etməliyik. San Marino meydan sahibidir, azarkeşləri qarşısında oynayacaq. Biz də öz oyun üslubumuza sadiq qalacağıq, qələbə qazanmaq üçün hər şeyi edəcəyik.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi