"Mançester Yunayted"in vingeri Markus Reşford "Barselona"ya keçmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
La Liqa klubu Reşfordla yaxından maraqlanır. 27 yaşlı futbolçu isə Kataloniya klubunun futbolçusu olmaq üçün fədakarlıq etməyə hazırdır. O, "Barselona" üçün maaşının azaldılmasına razılıq verib.
Daha əvvəl mətbuatda Reşfodun "Mançester Yunayted"dəki maaşının həftəlik 325 min funt sterlinq olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Reşford 2016-cı ildən "Mançester Yunayted"in futbolçusudur.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə