"Qalatasaray"ın futbolçusu Viktor Osimhen yeni iddia ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, “Posta” nəşrinin müxbiri Tolqu Bozduman hücumçunu onu döyməkdə ittiham edib.
Jurnalist Osimheni gecə saatlarında əyləncə məkanından çıxarkən gördüyünü və fotolarını çəkdiyini deyib. Bozduman bu səbəbdən futbolçunun onu vurduğunu söyləyib:
“Mən və üç həmkarım Osimheni gecə klubundan çıxarkən gördük. Şəkil çəkməyə başlayanda o, bizə tərəf gəldi. Osimhen qışqıraraq mənə hücum etdi, kameranı götürməyə çalışdı. Lakin mən müqavimət göstərdim. Onun zərbəsi başıma dəydi. Başımın sağ tərəfi hələ də ağrıyır. Sonra Osimhen bizi söyməyə başladı. Lakin bundan sonra bizə pul təklif etdi. O dedi: "Şəkilləri silin, mən sizə pul verəcəyəm". Mən imtina edəndən isə Osimhen bizi hədələdi: “Səni məhv edəcəyəm”.
Qeyd edək ki, Osimhen "Qalatasaray"a ötən yay "Napoli"dən icarə əsasında keçib.

Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə