Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseyinin fiziki tərbiyə müəllimi Fərhad Quliyev oldu.
O, əvvəlcə məktəblərdə fiziki tərbiyə dərslərinin keyfiyyətindən danışıb: "23 ildir ki, fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm. Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyətini yüksək qiymətləndirirəm. Fiziki tərbiyə dərsləri çox yüksək səviyyədə keçirilir. Uşaqlar dərslərə həvəs və maraqla qatılırlar. Bu da onu göstərir ki, fiziki tərbiyə dərsləri uşaqlar tərəfindən çox sevilir. Demək olar ki, hər sinifdə həftədə 2 saat fiziki tərbiyə dərsləri tədris olunur. Məncə, dərs saatları çox olsa, uşaqlar daha da maraqla iştirak edərlər. Hətta deyərdim ki, uşaqlar başqa dərslərə geciksələr də, fiziki tərbiyə dərslərinə heç vaxt gec gəlmirlər. Tənəffüs zəngi vurulan kimi digər dərsdən çıxıb dərhal fiziki tərbiyə dərsinə gəlirlər".
F.Quliyev bildirib ki, dərslərin keyfiyyəti müəllimin bilik və bacarıqlarından asılıdır: "Burada müəllimlərin hazırlıq səviyyəsi də önəmlidir. Hər bir müəllimin öz yanaşması var. Əlbətə ki, müəllim dərsə əvvəlcədən hazırlaşmalıdır. Fiziki tərbiyə müəllimləri yüksək idarəçilik qabiliyyətinə malik olmalıdırlar. Əgər hansısa fiziki tərbiyə müəllimində idarəçilik qabiliyyəti yoxdursa, dərsin keyfiyyətindən danışmağa dəyməz. Çünki fiziki tərbiyə dərsləri idman zallarında və çöl şəraitində aparılır. Ola bilər ki, uşaqlardan biri topla oynasın, digəri turnikdən sallansın və s. Bir qayda olmalıdır ki, uşaqlar müəllimin icazəsi və göstərişi olmadan alətlərə yaxınlaşmasınlar. Hər bir dərsin əvvəlində müəllimlər uşaqlara təhlükəsizlik qaydalarını çatdırmalıdırlar. Fiziki tərbiyə müəllimi hansısa dərs mövzusuna hazırlıqsızdırsa, uğura nail ola bilməz. Uşaqlarda elə bir maraq oyatmalıyıq ki, zövq alsınlar, yorulmasınlar, növbəti fiziki tərbiyə dərsinə dərsə can atsınlar".
O, məktəblərin idman zallarının və meydançalarının durumundan da söz açıb: "Təbii ki, orta məktəblərin hər birində fiziki tərbiyə dərslərinin keçirilməsi üçün şərait var. Ola bilər ki, birində yaxşıdır, digərində bir az zəif. Ancaq demək olar ki, məktəblərdə bütün ləvazimatlar mövcuddur. Sadəcə onları düzgün istifadə etmək lazımdır. Müəllimlər məktəbin şəraitinə uyğun proqram tərtib edə və məqsədinə nail ola bilər. Məncə, məktəblərdə zalların və meydançaların durumu qənaətbəxşdir".
Həmsöhbətimiz uşaqları idmana cəlb etməyin yollarından da bəhs edib: "Uşaqlar fiziki tərbiyə dərslərinə əylənmək üçün gəlirlər. Digər dərslərdə yorğunluq, stress yaşayırlarsa, fiziki tərbyə dərslərində o stressi, yorğunluğu atırlar. Uşaqları idmana cəlb etməyin yollarından biri də elə onların maraq dairəsini nəzərə alıb əyləncəli proqram qurmaq ola bilər. Dövlətimiz tərəfindən də şagirdlərin idmana marağını artırmaq üçün işlər görülür. Milli Olimpiya Komitəsi xeyli müəllimi təlimlərə cəlb etdi. Məktəblərdə Olimpiya Dəyərlərinin Tədrisi Proqramında mən də iştirak etdim. Daha sonra isə həmin proqramı təlimçi kimi müəllimlərə tədris etdim. Burada əyləndirici işlərin daha çox görülməsi haqda danışıldı. Mən şəxsən çalışıram uşaqlara elə oyunlar verim ki, onları idmana xüsusi şəkildə bağlayım. Məncə, bu cür proqramlar geniş yayılacaq və daha çox müəllimi əhatə edəcək. Fiziki tərbiyə dərslərində uşaqların heç biri kənarda qalmamalıdır. Fiziki baxımdan məhdudiyyətli uşaqları elə bir işə cəlb edirəm ki, onlar üçün maraqlı olsun".
F.Quliyev şagirdlərin tez-tez müxtəlif yarışlarda iştirak etdiklərini deyib: "Şagirdlər məktəbdaxili və rayon yarışlarında iştirak edirlər. Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunan turnirlərə də qatılıblar. Bu yarışlara basketbol, voleybol, minifutbol, futbol, tennis, badminton, şahmat, qaçış, velosiped, həndbol və s. daxildir. Şagirdlər turnirlərin hər birində həvəslə iştirak edirlər. Həmçinin 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarışlar var ki, 1 həftə ərzində uşaqlar müxtəlif növlər üzrə qüvvələrini sınayırlar. Şagirdlər bütün idman növlərinə maraq göstərirlər. Sadəcə, həmin idman növlərini uşaqlara təqdim etmək bacarığından çox şey asılıdır. Təbii ki, istedadlı şagirdlərimiz də çoxdur. Oğlanlar daha çox futbolu sevirlər. Qızlar isə basketbol və voleybolla maraqlanırlar".
Dövlətimizin idmana xüsusi qayğı göstərdiyini vurğulayan F.Quliyev uşaqların idmanla məşğul olması yolunda bəzən meydana çıxan problemlərdən də söz açıb: "Dövlətimiz idmana böyük vəsait ayırır və diqqət göstərir. Bölgələrdə idman komplekslərinin tikilməsi, idman sahəsində böyük uğurların qazanılması da bunun sübutudur. Uşaqların və yeniyetmələrin marağını daha da artırmaq isə fiziki tərbiyə dərslərindən asılıdır. Burada valideynlərin də öz rolu var. Bəzən valideynlər uşaqlarının idmanla məşğul olmağına qarşı çıxır. İstəyirlər ki, uşaqlar universitetə daxil olsunlar, elmlə məşğul olsunlar. Lakin valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır. Valideynlər mütləq uşaqları həm idmana, həm də elmə yönlənirməlidirlər. Çünki fiziki baxımdan sağlam olmayan uşaq elmdən də geri qalır. Biz valideyn iclaslarında onları mütləq təlimatlandırırıq. Uşaqlara günlük rejim yaradırıq. Onlardan fiziki hazırlığa hər gün ən az 30 dəqiqə vaxt ayırmağı istəyirik".
O, şagirdləri pis vərdişlərdən uzaq tutmaq üçün daha çox təbliğat aparmağın lazım olduğunu deyib: "Əvvəlcə uşaqlara pis vərdişlər haqqında məlumat vermək, onlardan necə uzaq durmağın yollarını izah etmək lazımdır. Pis vərdişləri tənqid etdikdən sonra idmanın insan orqanizminə müsbət təsirlərini aşılamaq lazımdır. Birgə layihələr həyata keçirilməlidir. Mütəmadi olaraq siniflərdə söhbətlər aparılmalıdır. Uşaqlar mütləq bilməlidirlər ki, idman insan orqanizminə necə fayda verir. Mən hər dərsdə qeyd edirəm ki, hər bir şəxs əsgər rolunu oynayır. Uşaqlar həm güclü, həm çevik, həm də dözümlü yetişməlidirlər. Belə olanda uşaqlarda idman etməyə həvəs çoxalır. Məncə, idmanı kütləviləşdirmək uşaqların pis vərdişlərdən uzaq durmağına səbəb olar. Evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqların asudə vaxtlarının səmərəli şəkildə bölünməsinə şərait yaratmalıdırlar. Şagirdlər pis vərdişlərə qurşanmağa heç vaxt da tapmamalıdırlar".
F.Quliyev sonda qızlarının idmanla məşğul olmağına icazə verməyən valideynlərə də səslənib: "Təbii ki, idmanla məşğul olmaq hər bir şəxs üçün vacibdir. İstər qızlar, istərsə də oğlanlar üçün. İnsan yaşlananda və həkimə gedəndə həkim ona yürüş, idman etməyi məsləhət görür. Bu vaxt isə biz müəyyən şeylərə gecikmiş oluruq. Vaxtında idman etsək, orqanizm üçün daha faydalı olar. Qızların idmanla məşğul olmağını daha vacib hesab edirəm. Mən elə fiziki tərbiyə müəllimləri və ya elə qız idmançılar tanıyıram ki, vaxtilə valideynlərindən gizli şəkildə idmana yönəliblər. Valideynlər məsələyə düzgün yanaşmalıdır. Əgər uşaqda istedad varsa, onu idmandan məhrum etmək nə dərəcədə doğru olar?! Valideynlərlə söhbət etdikdə fikirlərindən daşınırlar. Buradan valideynlərə səslənirəm ki, qızlarınızın istedadı, həvəsi varsa, onları çəkindirməyin. Çünki onlar böyük uğurlar qazana bilirlər. Qızlarımızın Olimpiya Oyunlarında Azərbaycan bayrağını qaldırması böyük şərəf və qürurdur”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Heç bir sirr yoxdur" - Berezutski
"Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov
“Sabah”dan finalda möhtəşəm qələbə
Antoni "Betis"dən ayrıldığını açıqladı
"Barselona"nın transfer planları bilindi
"Sabah"ın heyətində məcburi dəyişiklik
U-19 millimizin təlim-məşq toplanışı üçün heyəti bilindi
"Barselona" danışıqlarda irəlilədi
Azərbaycan kubokunun finalı üçün - Heyətlər
Ayxan Abbasov U-21-in yekun heyətini açıqladı
"Ayaks"ın yeni baş məşqçisi bəlli oldu
"Şamaxı"da növbəti ayrılıq
Conni Evans karyerasını başa vurdu
"Real" futbolçusu ilə yolları ayırdı
Egemen Korkmaz millinin baş məşqçisi oldu
Avroliqanın qalibi dörd futbolçu ilə vidalaşdı
PSJ-nin hər qolundan sonra Eyfel qülləsi işıqlandırılacaq
“Neftçi” 7 futbolçu ilə müqaviləni uzatmadı
ÇL-in finalını yayımlayacaq kanallar
Premyer Liqamızda diqqət çəkən gənclər nə vəd edir? - U-21 millisinin baş məşqçisi danışır
De Brüyne "Napoli" ilə nə vaxt müqavilə bağlayacaq?
Xulian Alvares heç kimə aman vermədi
“Qalatasaray” “Başakşehir”i məğlub etdi - Video
“Bundan xoşbəxt gün ola bilməz” - Millimizin baş məşqçisi
“Qalatasaray” və “Trabzonspor” mövsümü qələbə ilə başa vurdu
Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib - DÇ
Millimizi finala daşıyan qələbə - Video
"Azarkeşlərdən üzr istəyirəm" - Millimizin baş məşqçisi
İki ulduz futbolçu "Fənərbaxça"dan ayrıldı - Rəsmi
"Liverpul" Frimponqun transferini açıqladı
Azərbaycan millisi finala yüksəldi - DÇ
"Şamaxı"da növbəti ayrılıq - Rəsmi
Millimiz Litvaya böyükhesabla uduzdu
Ronaldo gələcəyi ilə bağlı qərar verdi
Flik: "Yamal dahidir"
"Real" "Liverpul"a 10 milyon ödədi
"Liverpul" danışıqlarda irəlilədi
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Mövsümün ən yaxşı futbolçuları - Siyahı
Yeni baş məşqçi açıqlandı - Massimiliano Alleqri!
"Real" yeni transferi rəsmiləşdirdi
"Araz-Naxçıvan" daha 2 futbolçu ilə yeni müqavilə imzaladı