"Legioner limiti aradan qaldırılarsa, qərarın düzgün olub-olmayacağını zaman göstərəcək. Amma fikrimcə, bu, Azərbaycan futbolu üçün heç də faydalı olmayacaq. Bəlkə kimin üçünsə, nə üçünsə düzgün ola bilər. Lakin həqiqətən də belə qərar futbolumuzu geri aparacaq".
Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, hazırda "Araz-Naxçıvan"ın məşqçisi işləyən Əfran İsmayılov deyib.
Son vaxtlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Azərbaycan futbolunda legioner limitinin tamamilə ləğvi ilə bağlı məsələnin müzakirə ediləcəyinə dair xəbərlər yayılıb. Hazırda bu məsələ mediada mütəxəssislər tərəfindən müzakirə edilir.
Ə.İsmayılov bildirib ki, legioner limiti aradan qaldırılarsa, yerli futbolçular problemlərlə üzləşəcəklər: "Onda gərək akademiyaları, futbolçu yetişdirməyi, strategiyanı kənara qoyaq. Avrokuboklar üçün oynayan komandalar legionerlərlə daha irəli gedəcək. Amma fakt budur ki, yerli futbolçular yetişməyəcək. Heç kim akademiyaya önəm verməyəcək.
Bəziləri deyir ki, legioner limiti ləğv olunsa, azərbaycanlı futbolçular xarici klublarda oynayacaqlar. Kim gedəcək? Hansı azərbaycanlı futbolçu xaricdə oynayacaq? Bu da maraqlıdır. Cəmi 1-2 futbolçu gedə bilər. Onlar da Toral Bayramov, Elvin Cəfərquliyevdir. Bir sözlə, legioner limitinin ləğvi mövzusu çox acınacaqlı məqamdır. 4-5 klub legionerlər gətirəcək, qalanları da hansı azərbaycanlıları transfer edəcək, hansılar etməyəcək, sual altındadır. Bu, Azərbaycan futbolunun çöküşü olar.
Necə olacağını zaman göstərəcək. Hansı qərar qəbul edilsə, çalışacağam ki, hörmətlə yanaşım. Amma öz şəxsi fikrimdir ki, bu, məyusedici bir qərar olar. O zaman Azərbaycanın olmayan Azərbaycan futbolu da yoxa çıxacaq. Hansı futbolçular milli komandada oynayacaq? Onsuz da çox yerli futbolçu oynamırdı. Çünki uşaq yetişirdi, 19, 21 yaşa kimi gəlirdi. Əsas komandalara çatanda isə məşqçilər risk edib onları oynatmırdılar. Həmin məşqçini də başa düşürdüm".
Əfran İsmayılov düşünür ki, limit ləğv olunsa, klublar yerli futbolçunu heç yaxına da buraxmayacaqlar: "U-19-da da oynatmaq istəməyəcəklər. Çünki biləcəklər ki, onsuz da əsas komandada çıxış etməyəcək".
Gənc mütəxəssis hazırkı legioner limitinin - 7+4 qaydasının qorunmasının daha məqsədəuyğun olduğunu bildirib: "Legioner limiti normal idi də. İndi 7+4 qaydasıdır. Sonra qerar verildi ki, yeni mövsümdən 8+3 olsun. Bu da başadüşülən idi. Ən azından 3 yerli futbolçu oynayır. Məcburiyyətdən azərbaycanlı futbolçuları tapıb-çıxarardıq. İstəyirdik ki, yerli futbolçular daim formada qalsınlar. Çünki onlar sonra gedib millidə çıxış edirlər. Amma limitin dəyişməyi, 11 legionerin oynamağı hansı faydanı verəcək, bilmirəm. Zaman göstərəcək. Görünən odur ki, azərbaycalı futbolçular yox vəziyyətinə gəlib çıxacaqlar".
Nur Zeynalova
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı