“Neftçi”nin qapıçısı Emil Balayev jurnalistlərin suallarını cavablandırıb. QOL.az müsahibəni təqdim edir
- Çətin keçən oyunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- 3 xala sevinirik. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı. Bu da özünü hesabda göstərdi. Lakin fasilədən sonra rəqib üstünlüyü ələ aldı. Buna görə də ikinci hissə bizim üçün çətin keçdi. Yekunda 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm ki, bu soyuqda bizə dəstək oldular.
- İkinci hissədəki zəif oyunu nə ilə əlaqələndirmək olar?
- “Kəpəz” ilk hissədən sonra hesabda geridə olduğu üçün qol vurmaq, məğlubiyyətdən qaçmaq istəyirdi. Biz də çalışırdıq ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Müəyyən qədər alınmadı. Bəlkə də konsentrasiya pozuldu. Hardasa yorğunluq ola bilər, dəqiq deyə bilmirəm. Görünən odur ki, verilən tapşırıqları ikinci hissədə lazımınca yerinə yetirə bilmədik.
- Uzun fasilədən sonra Misli Premyer Liqasının oyununda meydana çıxdınız. Start heyətində yer alacağınızı gözləyirdiniz?
- Hər bir futbolçunun işi məşqlərdə öz performansını göstərməkdir. Mən də uzunmüddətli zədədən sonra həm psixoloji, həm də fiziki cəhətdən artıq özümü hazır hiss edirdim. Sağ olsun Samir müəllim, mənə şans verdi. Deyə bilmərəm, nə qədər komandama faydalı oldum, amma ən azından çalışdım ki, etimadı doğruldum.
- Matçın sonuna əlavə olunmuş dəqiqələrdə təkbətək epizodda qurtarış etməklə “Neftçi”ni xal itkisindən xilas etdiniz...
- Elə deməzdim. Çünki ikinci hissəsin ortalarında səhv ötürməm oldu. Hansı ki, rəqibin qolu ilə yekunlaşa bilərdi. Ona görə də özümü xilaskar hesab etmirəm.
- Hər halda elə zamanda xilaskar rolunda çıxış etdiniz ki, “Kəpəz” o epizodda fərqlənsəydi, demək olar ki, nəticəni dəyişmək üçün vaxt qalmayacaqdı.
- Allahın köməkliyi ilə o epizodda topu çıxardım. Komandamın qələbəsində pay sahibi oldum. Bu, bizim işimizdir. Meydana çıxmışıqsa, maksimum dərəcədə üzərimizə düşəni yerinə yetirməliyik.
- “Kəpəz”lə matçda həm də komandanın kapitanı idiniz. Sarğı məsuliyyətinizi nə dərəcədə artırır?
- Samir müəllim daha əvvəldən deyib ki, bu, müvəqqəti seçimdir. Hələlik Rzanı əsas kapitan kimi təyin edib. Meydanda da eyni zamanda iki qapıçı oynaya bilməz. Ona görə də bu gün kapitan mən idim. Yəni hazırda qapıda kim durursa, kapitan sarğısını da o daşıyır.
- Qarşıdan ilin son oyunu - səfərdə “Turan Tovuz”la qarşılaşma gəlir. Həmin matçdan gözləntiləriniz?
- Həftə ərzində məşqlərdə tam gücümüzlə çalışacağıq. Bizi çox çətin səfər gözləyir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, ili qələbə ilə başa vuraq.
Foto: pfl.az
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli
Futbolçulara gedəcəyini açıqlayıb
Avstriya millisinin DÇ-2026 üçün yekun heyəti
Milliyə çağırılmadı, "Çelsi"də mövsümün ən yaxşısı seçildi
"Atletiko" bu formalarla oynayacaq - Şəkillər
FİFA referiləri 1-ci liqa oyununda
Nənəsi Sakanın oyununa baxmaq üçün “Emireyts”də - Video
"Mançester Yunayted" 40 yaşlı qapıçını saxladı
“Şəfa”nın ilk mövsümdə məqsədi Premyer Liqada qalmaq olacaq”
"Liverpul"un yeni formaları - Şəkillər
"İnter"ə qayıdır
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
Arteta ÇL finalı üçün azarkeşlərə müraciət etdi
Fransa çempionatında mövsümün rəmzi komandası məlum oldu
Konte "Napoli" ilə müqaviləsini ləğv etməyə yaxındır
İnzaqi "Əl-Hilal"dan gedir
Qvardiolanı kim əvəz edəcək?
“Şamaxı”nın bombardirinə təkliflər var
Braziliya millisinin DÇ-2026 üçün - Yekun heyəti
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı
“Quba” - “Dinamo” matçında 4 qol, 1 qırmızı vərəqə - Video
“Şamaxı”nın legioneri əməliyyat olunub
"Çelsi"yə qarşı matçı buraxacaq